Xameneinin qəzetindən ölkəmizə TƏHDİD – “Azərbaycan kiberhücumların hədəfinə çevriləcək”

Xameneinin qəzetindən ölkəmizə TƏHDİD – “Azərbaycan kiberhücumların hədəfinə çevriləcək”

Hazırda oxunan: Xameneinin qəzetindən ölkəmizə TƏHDİD – “Azərbaycan kiberhücumların hədəfinə çevriləcək”

82159

İranın ali dini rəhbərinə bağlı radikal “Kayhan” qəzeti yenidən anti-Azərbaycan yazısı ilə gündəmə gəlib. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, “Bakı aldanmasın, İsrail rejimi bitib” başlıqlı yazıda iddia edilir: 

“Sionistlərin Azərbaycan Respublikası ərazisində kiber fəaliyyətinin genişlənməsi təkcə sionist rejimin deyil, həm də Azərbaycanın kiber infrastrukturunun da kiber və haker hücumlarının hədəfinə çevrilməsinə səbəb olacaq, ona görə də Azərbaycan bu bitmiş rejimə aldanmamalıdır”. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın dini liderindən sərt AÇIQLAMA: “Tezliklə şapalaq yeyəcəklər” – KİMƏ ÜNVANLANIB?


Uzun illərdir sanki İranın təhlükəsizlik orqanlarına bağlı haker qruplarının başqa ölkələrin dövlət və özəl qurumlarının rəsmi saytlarına kiberhücumlara əl atmasını unudan qəzet habelə yazıb: 

“Sionist rejimin kiber fəaliyyətləri üçün Azərbaycan ərazisini seçməsi hər şeydən çox Bakı rəsmilərinin sionistlərin səssiz təhdidlərindən xəbərsiz olduğunu göstərir. Əslində sionistlərin bölgədə mövcudluğu digər ölkələr üçün ciddi regional təhlükə hesab olunduğu üçün, sionistlərin Azərbaycanda, xüsusilə kibertəhlükəsizlik sahəsində fəaliyyətlərinin genişlənməsi, istisna edilmir ki, bu ölkənin də kibertəhlükəsizliyinə kölgə salacaq və bundan sonra sionist rejimlə yanaşı, Azərbaycanın infrastrukturu da haker və kiberhücumların hədəfinə çevriləcək”.

Birbaşa Xameneinin ofisinin, habelə ETTELAAT və SEPAH-ın sifarişi ilə təxribat xarakterli məqalələr dərc edən “Kayhan” qəzetində həmçinin deyilir: 

“Başqa sözlə, sionistlərin Azərbaycan ərazisində kiber təhlükəsizlik mərkəzi yaratması göstərir ki, sionistlər onlara qarşı kiber hücumların miqyasını başqa ölkələrə də yaymağa çalışırlar. Belə olan halda, digər ölkələrin də kiber təhlükəsizliyi onların rəsmilərinin qəfləti ucbatından ciddi təhlükələrlə üzləşəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO