Ticarət mərkəzində atışma: Bir neçə nəfər yaralandı

Ticarət mərkəzində atışma: Bir neçə nəfər yaralandı

Hazırda oxunan: Ticarət mərkəzində atışma: Bir neçə nəfər yaralandı

82117

Danimarka paytaxtının Erestad rayonunda yerləşən Field's ticarət mərkəzində baş verən atışmada bir neçə nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Danimarka polisi tviter hesabında məlumat paylaşıb.

Hadisə yerinə çox sayda polis qüvvələri, eləcə də bir neçə təcili yardım maşını cəlb olunub.

Ticarət mərkəzinin ətrafı mühasirəyə alınıb, havaya helikopter qaldırılıb. Eyni zamanda, polis hər kəsi mərkəzin ətrafındakı ərazidən uzaq durmağa çağırıb. Ticarət mərkəzindəki insanlara olduqları yerdə qalmaları və polis qüvvələrini gözləmələri barədə çağırış edilib.

Polisin yaydığı məlumata əsasən, bir neçə nəfər yaralanıb, bir nəfər saxlanılıb. Ticarət mərkəzindəki silahlı şəxslərə qarşı əməliyyat davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO