Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlandı

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlandı

Hazırda oxunan: Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlandı

82053

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Car kənd sakini 1962-ci il təvəllüdlü Şaban Məmməd oğlu Quçiyev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Şaban Quçiyev əməliyyat edildikdən sonra xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şaban Quçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində sürücü vəzifəsində işləyir. APA-nın əldə etdiyi məlumata görə, Şaban Quçiyev həmkəndlisi Tahir Kaştayev tərəfindən bıçaqlanıb. Tahir Kaştayev sübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO