\

\"Jony\"nin Bakı konsertində YAŞANANLAR - FOTO/VİDEO

Hazırda oxunan: \"Jony\"nin Bakı konsertində YAŞANANLAR - FOTO/VİDEO

82016

Rusiya şou-biznesində "Jony" ləqəbi ilə məşhurlaşan pop ulduz Cahid Hüseynli "Sea Breeze Summer Live" çərçivəsində canlı solo konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, müğənni musiqili gecəni "Без тебя, я не я" - ("Sənsiz mən mən deyiləm") treki ilə açıb.

İlk ifasını bitirən "Jony"tamaşaçıları bu sözlərlə salamlayıb: 

"Salam Bakı! Dostlar, əhval-ruhiyyəniz necədir?, İlk mahnını oxumağa başlayanda emosialara qapandım. Xoşbəxtlikdən ağlamaq istədim. Sizləri burada görməyə hədsiz dərəcədə şadam. Nəhayət ki, görüşdük. Musiqilərimi sizə təqdim etmək üçün bu gün komandamla vətənə gəldim. Ruhumun bir parçasını bu səhnədə qoyub getmək üçün. İstəyirəm ki, bu gün problemləri unudaq, dincələk. Bu işdə mənə kömək etsəniz, konsert çox gözəl olacaq".

Daha sonra pop ulduz canlı ifaları ilə fanatlarını coşdurub.

"Jony"nin səsləndirdiyi nəğmələri tamaşaçıların əzbər bilməsi və onunla birlikdə oxuması diqqət çəkib. O, buna görə pərəştişkarlarına minnətdarlığını bildirib.

Rəşad Əliyev, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO