Polis günü Şimal bölgəsində qeyd edilib - FOTO

Polis günü Şimal bölgəsində qeyd edilib - FOTO

Hazırda oxunan: Polis günü Şimal bölgəsində qeyd edilib - FOTO

81976

Şimal bölgəsi rayonlarında Azərbaycan polisinin yaranmasının 104-cü ildönümü qeyd olunub. 

Qusar polis şöbəsinin əməkdaşları polis rəisi Eldar İlyasov başda olmaqla Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Sonra polis əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı, sabiq polis əməkdaşı Sərdar Səfərovun xatirə kompleksinə baş çəkib, keçmiş iş yoldaşlarının xatirəsini hörmətlə anıblar.
Qusar rayon polis şöbəsinin rəisi Eldar İlyasov Azərbaycan polisinin 104 illik tarixindən danışıb, Sərdar Dəgəfovun və xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polislərimizin keçdihi həyat yolunun gənc polislərə gözəl nümunə olduğunu deyib.

Quba və Xaçmaz rayonlarında da polis günü tədbirləri milli luder Quba və Xaçmaz şəhərlərindəki abidəsini ziyarət edilib.

Xaçmaz İh başçısı Elnur Rzayev və Quba İh başçısının 1-ci müavini Tariyel İbrshimov xidmətdə fərqlənən polis əməkdaşlarına İh-nin Fəxri fərmanlarını və xatirə hədiyyələrini təqdim ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO