“Türkiyəyə getməsəydim, burada Məlahət Abbasova yarımçıq qalacaqdı. Sənətini davam etdirməyəcəkdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Məlahət Abbasova qonaq olduğu “YouTube”da yayımlanan “Qırmızı” layihəsində deyib.
Sənətçi haqqında gəzən söz-söhbətlərə ilk dəfə aydınlıq gətirib. Aktrisa həyat yoldaşı Kamil ilə necə tanış olduğundan söz açaraq, şəxsi həyatı ilə bağlı gizlinləri gün üzünə çıxarıb:
“Ailə qurmağımdan artıq 30 il keçir. Özüm boyda oğlum var. Oğlum ailə qursa, nənə olacağam. Türkiyəyə getdiyimdə nişanlı idim. O insan haqda nələrsə söyləmək istəmirəm. Bakıda haqqımda çıxan dedi-qodular doğru deyil. Dedilər ki, toya bir gün qalmış Türkiyəyə çıxıb getmişəm.
Deyilənlər yalandır. Bu, sadəcə bir qismətdir. Mənim nişanlımla toy tarixim dörd dəfə dəyişildi. Müəyyən səbəblər, qısqanclıqlar vardı. Düşünürəm ki, Türkiyəyə getməsəydim, yenə də bu iş olmayacaqdı. Tükiyəyə getdiyimdə həyat yoldaşımı tanıdım. Həyat yoldaşımı ən qısa zamanda, iki ay yarıma tanıdım. İyunun yeddisində İstanbula qastrola getdik. İyunun on beşində həyat yoldaşım Kamil ilə bizi tanış etdilər. Avqustun ikisində isə ailə qurduq. Heç zaman özbaşına iş görmürəm.
Qastrola gedəndə teartda çiyin-çiyinə işlədiyim insanlar vardı yanımda. Qaynım İsmayıl Aytemiz (Aytemiz Petrol) məni həyat yoldaşımla tanış etdi. O çox məşhur iş adamıdır. Qaynım məni çox istəmişdi. O dedi ki, çox yaraşıqlı bir qardaşım var və səni tanış etmək istəyirəm. O zamanlar mənim üçün sıxıntılı bir dönəm oldu. Bu qərarı verməkdə də çox çətinlik çəkirdim”.
M.Abbasova deyib ki, türk vətəndaşı ilə ailə qurması ona baha başa gəlib:
“Kamil ilə ailə qurmağım valideynlərim tərəfindən çox pis qarşılandı. Atam məni bir il danışdırmadı”.
Aktrisa illər əvvəl nişanlısından şiddət gördüyünü də etiraf edib:
“Toyuma bir həftə qalmış Bakıda çalışdığım teatrın önündə nişanlım mənə şiddət göstərmişdi. Yaşadıqlarımla bağlı oğluma və qızıma yalnız məsləhətlər verə bilərəm. Əgər bir işin içinə şiddət girirsə, inanın o işdə heç bir xeyir ola bilməz. Yaşadıqlarım xoşagəlməz şeylər idi. Bəlkə də qırıldığım nöqtə ora idi.
Türkiyədə ailə qurmağımda yaşadıqlarımın da rolu vardı. Azərbaycanda qalsaydım, bu sənəti atacaqdım, davam etməyəcəkdim. Çünki nişanlım qarşıma şərtlər qoymuşdu. Həyatımın ən çətin, yorğun, üzücü zamanları idi. O zaman məndə bir travma yaratdı. Bizdə toy elə oldu ki, üç dəfə araya ölüm girdi. Öncə toya 10 gün qalmış bibim, 15 gün qalmış isə əmim, o tərəfdən isə qohumları vəfat etdi”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:12 / 01.07.2022
Məlahət “SİRLƏRİNİ” açdı: \"Toyuma bir həftə qalmış nişanlım şiddət göstərdi\" - VİDEO
Hazırda oxunan: Məlahət “SİRLƏRİNİ” açdı: \"Toyuma bir həftə qalmış nişanlım şiddət göstərdi\" - VİDEO
Hazırda oxunan: Məlahət “SİRLƏRİNİ” açdı: \"Toyuma bir həftə qalmış nişanlım şiddət göstərdi\" - VİDEO
81832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.