Zaur onları məsxərəyə qoydu:

Zaur onları məsxərəyə qoydu: "Lazımsızları uzaq etdim, lazımlılar yanımdadı" - VİDEO 

Hazırda oxunan: Zaur onları məsxərəyə qoydu: "Lazımsızları uzaq etdim, lazımlılar yanımdadı" - VİDEO 

81806

Xəbər verdiyimiz kimi, “Həmin Zaur” axşam şousunda aparıcı Zaur Kamal cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovub. Aparıcı linç edənlərə ismarıc yollayıb.  

Bizim.Media xəbər verir ki, Zaur növbəti verilişinə bu fikirləri ilə başlayıb.  

“Uzaqdan qüsursuz, yaxından isə lazımsız insanlar gördüm bu həyatda. Amma lazımsızları uzaq etdim, lazımlılar qaldı yanımda. 25 ildir radio-televiziya təcrübəm var. Həmişə tamaşaçı qarşısına alnıaçıq çıxdım, daim tamaşaçı sevgisini hiss etdim.  

Damla-damla yığdığımız bu sevgini Allah bizdən uzaq etməsin. Efirə ancaq sevincli hisslərlə çıxırıq. Bu gün də sevincimlə, gözəl ab-hava ilə bu günün gecəsini açıq elan edirəm”.  

Z.Kamal verilişində atdığı xoşagəlməz addımından sonra özünə bəraət qazanaraq, onu rişxənd edənləri çıxışı ilə ələ salıb. O ifadələrində doğru olduğu və heç bir səhvə yol vermədiyini dilə gətirib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO