Suada əri Kristoferdən yazdı:

Suada əri Kristoferdən yazdı: "Hər yerdə mənə zəng edir, işə qaçanda da, yolda da..." – FOTO 

Hazırda oxunan: Suada əri Kristoferdən yazdı: "Hər yerdə mənə zəng edir, işə qaçanda da, yolda da..." – FOTO 

81788

“Bunu illərlə - 2016-cı ildən bəri dost kimi, sonra isə sevgili kimi yaşamışam. İndi də həyat yoldaşı kimi yaşayıram. Çox az zaman sonra yenidən birlikdə olacağıq”.  

Bizim.Media xəbər verir ki, bu sözləri dünya şöhrətli aktyor Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandırarkən deyib.  

Musiqiçi uzaq məsafəli sevginin anlamını bu sözlərlə ifadə edib:  

“Uzaq məsafədə sevgiyə inanmırsınız. Ruh yoldaşlarımız bütün dünyada müxtəlif ölkələrdə ola bilər və biz bunu heç zaman bilə də bilmərik. Mən öz ruh yoldaşımı onlayn tanımışam. Bu bizə evlənməzdən əvvəl sadəcə, video görüntü ilə danışaraq, pandemiya və müharibə zamanı internetin olmadığı vaxtlardan keçib. İlk əvvəl fiziki görünüş yox, ruhlarımızın, ürəklərimizin bir-birini anlamağa şans yarandı.

Viza prosesini gözlədiyimə görə uzaq qalmaq çox çətindir. Lakin elə gün olmur ki, 1 saat fərqlə, tələsərək işə də qaçanda, yolda da, hər yerdə mənə zəng edir, 2 dəqiqə də olsa “Səni sevirəm”, “Gecən xeyrə” və sairə deyir. Hər keçdiyimiz çətinlik sevgimizə dəyər”.  
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO