"Boka Xuniors"un sabiq futbolçusu Bakıya gəlir - TRANSFER

Hazırda oxunan: "Boka Xuniors"un sabiq futbolçusu Bakıya gəlir - TRANSFER

81769

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, "dənizçilər" argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.

"Səbail" 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son olaraq Kiprin "Etnikos" klubunda çıxış edən təcrübəli oyunçu ölkəsində "Boka Xuniors", "Oll Boyz", Bolqarıstanda "Levski" (Sofiya) komandalarının da formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO