Rüşvətə görə tutulan gömrük generalıyla bağlı məhkəmə QƏRAR VERDİ   

Rüşvətə görə tutulan gömrük generalıyla bağlı məhkəmə QƏRAR VERDİ   

Hazırda oxunan: Rüşvətə görə tutulan gömrük generalıyla bağlı məhkəmə QƏRAR VERDİ   

81722

Bakı Apellyasiya Məhkəməsində “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən şikayətə baxılıb. 

Bizim.Media xəbər verir ki, məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.  
 

MÖVZU İLƏ BAĞLI:

DTX-nin saxladığı gömrük generalının BİZNES ŞƏBƏKƏSİ – ARAŞDIRMA  


Xatırladaq ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO