Ukrayna hərbçiləri Xerson vilayətinin bu kəndini azad etdi

Ukrayna hərbçiləri Xerson vilayətinin bu kəndini azad etdi

Hazırda oxunan: Ukrayna hərbçiləri Xerson vilayətinin bu kəndini azad etdi

81691

Ukraynalı müdafiəçilər Xerson vilayətinin Potemkino kəndini rus qoşunlarından azad ediblər. Uğurlu əks-hücum zamanı çoxlu rus texnikası məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna Silahlı Qüvvələrinin Facebook səhifəsinə istinadən yayıb.

“Xerson vilayətinin Potemkino kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. 60 hərbçi uğurlu bir hücum həyata keçiriblər və bu müddət ərzində düşmənin bir neçə əks hücumunu dəf ediblər.

Nəticədə düşmənin piyada döyüş maşınlarını və tanklarını məhv ediblər, həmçinin bir "Tiqr" tankını ələ keçiriblər. Potemkinonun yerli əhalisi rahat nəfəs alıb və Ukrayna hərbçiləri nəticədən razı qalıb. Oğlanlarımız gözlərindəki inam və sifətlərindəki təbəssümlə tempi davam etdirəcəklərinə söz verirlər”, - bəyanatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO