Mələykə Əsədovanın qızı məzun oldu - FOTO

Mələykə Əsədovanın qızı məzun oldu - FOTO

Hazırda oxunan: Mələykə Əsədovanın qızı məzun oldu - FOTO

81687

Xalq artisti Məleykə Əsədovanın qızı Gülər məzun olub. 

Bizim.Media xəbər verir ki, sənətçi övladının məzun günündən fotolar paylaşıb. 

Aktrisa Gülərin xoş günü ilə bağlı sevinc hisslərini bu sözlərlə ifadə edib:  

"Şükür olsun Allahıma, qızımın son zəngini gördüm. Son zəng! Çox şükür olsun mənim ağıllı qızım məktəbi bitirdi.
Oxuduğu illərdə Gülərimə dərs deyən müəllim kollektivinə təşəkkür edirəm. Təhsil aldığı 11 il ərzində müəllimlər hər zaman qızımın savadından, tərbiyəsindən gözəl fikirlər söylədilər. Qızım bu illər ərzində tərbiyəsi və mədəniyyəti ilə başımı uca edib. Birinci sinfə getdiyim gün, ilk məktəb günü bügünki kimi yadımdadır. Gözəl Allahım, qızımı, bütün övladları xoşbəxt etsin. Ən əsası sağlam can və ağıl arzu edirəm. Allah valideynləri övladı ilə sevindirsin. Ürəyim qızımın aldığı nəfəslə döyünür". 

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO