“Ukrayna qoşunlarının növbəti uğurlu əməliyyatından sonra rus hərbçiləri İlan adasını tərk ediblər”.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığının rəsmi açıqlamasına istinadən yayıb.
“Gecə saatlarında raket və artilleriya bölmələrimizin İlan adasında həyata keçirdiyi hərbi əməliyyat uğurla nəticələnib. Düşmən tələsik iki sürətli qayıqla qarnizonun qalıqlarını təxliyyə edib və ehtimal ki, adadan çıxıblar. İndi adanı alov bürüyüb, partlayış səsləri eşidilir”, mesajda deyilir.
Komandanlıq əlavə edib ki, əməliyyatın yekun nəticələri araşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:24 / 30.06.2022
Rəsmi Kiyev: “Rusiya qoşunları İlan adasını tərk etdi”
Hazırda oxunan: Rəsmi Kiyev: “Rusiya qoşunları İlan adasını tərk etdi”
Hazırda oxunan: Rəsmi Kiyev: “Rusiya qoşunları İlan adasını tərk etdi”
81661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.