Hamilə Sevdadan etiraf:

Hamilə Sevdadan etiraf: "Hər hərəkətimə görə evdə ərimə "imtahan" verirəm" - VİDEO 

Hazırda oxunan: Hamilə Sevdadan etiraf: "Hər hərəkətimə görə evdə ərimə "imtahan" verirəm" - VİDEO 

81558

Müğənni Sevda Yahyayeva açıqlaması ilə gündəmə səs salıb.  

Bizim.Media xəbər verir ki, “Söhbət var” axşam şousunda qonaq olan sənətçi həkim-genetik həyat yoldaşı Zakir Bayramovun ona qoyduğu qadağalardan söz açıb.  

Verilişin aparıcısı Əməkdar artist Dilarə Əliyevanın “Ceyhun “Qala” ilə toyda şıdırğı rəqs edərsən?” sualına Sevda “Hə” dediyi an proqramda qonaq olan Ceyhunun fikirləri diqqət çəkib: “Zakir deyib ki, mənimlə duet oxuyanda, etdiyin hərəkətləri yığışdır”.  
S.Yahyayeva duet ortağının bu çıxışına “Hər verilişdən, hər müsahibəmdən sonra evdə Zakirə daha bir “imtahan” verirəm. 18 ildir ki, səhnədə sakitəm, bundan sonra dəyişə bilmərəm.

Dostum var deyir ki, get psixoloqa. 37 ildir beləyəm, dəyişən deyiləm”, - münasibətini bildirib.  

Daha sonra müğənni deyib ki, Zakir genetikdir, amma onun konsultasiyaları çox olduğundan, psixoloq da sayıla bilər: “Amma o evdə həkim deyil”.  

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Günel Zeynalova toyların birində Sevda Yahyayeva ilə bir səhnəni bölüşüb.  

Həmin məclisdən birgə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşan Günel Sevdanın hamilə olduğunu yazıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO