Sumqayıt avtobusunda qadını çölə atan sürücü İŞDƏN ÇIXARILDI – RƏSMİ 

Sumqayıt avtobusunda qadını çölə atan sürücü İŞDƏN ÇIXARILDI – RƏSMİ 

Hazırda oxunan: Sumqayıt avtobusunda qadını çölə atan sürücü İŞDƏN ÇIXARILDI – RƏSMİ 

81550

Sumqayıt sərnişindaşıma avtobuslarından birində sürücü ilə sərnişin arasında baş verən insidenti əks etdirən görüntülər təqdim etmişdik. 

Görüntülərdən də məlum olur ki, sürücü ilə sərrnişin arasında əlbəyaxa dava xoşagəlməz nəticə ilə sonlanır. Üzərinə edilən hücumdan və ünvanına səsləndirilən nalayiq ifadələrdən əsəbiləşən sürücü qadını avtobusdan küçəyə itələyir.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt avtobusunda əlbəyaxa DAVA – Sürücü qadını avtobusdan çölə ATDI - VİDEO


Məsələ ilə bağlı Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov Bizim.Media-ya açıqlamasında avtobus sürücüsü A.Kosayevin işdən kənarlaşdığını bildirib:

“Hadisə iyunun 23-də 12 saylı marşrutda baş verib. Sürücünün elə həmin gün aidiyyəti qurumda izahatı alınıb və işdən kənarlaşdırılıb”.

Mübahisə zəmnində qadının yüngül xəsarətlər aldığı və vəziyyətinin normal olduğu bildirilir.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO