“Xarici şirkətlər də bu çirkləndirmədə iştirak ediblər. Bununla bağlı da aidiyyəti beynəlxalq təşkilatlara müraciət etdik, amma hələ bir xəbər yoxdur. Su ehtiyatlarımızın 20 faizi işğaldan azad olunmuş ərazilərdədir”.
Bizim.Media xəbər verir ki, bunu Prezident Administrasiyasının Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı bu gün Zəngilanın Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycan Ermənistanın su ehtiyatlarını çirkləndirməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Apa.az-ın məlumatına görə, Həbib Mikayıllı su infrastrukturunun bərpası ilə bağlı fəaliyyətlərin davam etdirildiyini bildirib:
"Bununla bağlı hesabatlar hazırlanır. Birləşmiş Millətlər Təşkilatının ətraf mühitin qorunması üzrə proqramı işğal dövründə vurulan ekoloji zərərin aradan qaldırılmasında öz töhfəsini verəcək”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:49 / 29.06.2022
Azərbaycan Ermənistanın əməllərilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Hazırda oxunan: Azərbaycan Ermənistanın əməllərilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Hazırda oxunan: Azərbaycan Ermənistanın əməllərilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
81522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.