Beyləqanda narkotik alverçiləri saxlanıldı - FOTO 

Beyləqanda narkotik alverçiləri saxlanıldı - FOTO 

Hazırda oxunan: Beyləqanda narkotik alverçiləri saxlanıldı - FOTO 

81440

Beyləqanda narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələri satış məqsədi ilə əldə etməkdə şübhəli bilinən rayon sakinləri Vaqif Əsədov və Vüsal Abdullayev saxlanılıblar.  

Həmin şəxslər Beyləqan rayon ərazisindən keçən magistral yolda müəyyən ediliblər.

Onlara məxsus torbaya baxış keçirilən zaman 5 ədəd polietilen qablaşdırmada ümumi çəkisi 5 kiloqram 430 qram olan heroin və 300 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO