Daha bir qadın cinayətinin GÖRÜNTÜLƏRİ – VİDEO  

Daha bir qadın cinayətinin GÖRÜNTÜLƏRİ – VİDEO  

Hazırda oxunan: Daha bir qadın cinayətinin GÖRÜNTÜLƏRİ – VİDEO  

81352

Gəncə şəhərində gənc bir qadın həyat yoldaşı tərəfindən küçədə amansızlıqla qətlə yetirilib.   

Bizim.Media verir ki, hadisə iyunun 23-də şəhərin küçələrindən birində baş verib.  

37 yaşlı kişinin küçədə 25 yaşlı həyat yoldaşını amansızlıqla öldürməsinin görüntüləri yayılıb. Görüntülər şəhərin mərkəzində yerləşən Şah İsmayıl Xətai prospektində müşahidə kamerası vasitəsilə lentə alınıb.  

Gəncə sakini, 1985-ci il təvəllüdlü Rauf Vəliyev Texnologiya Universitetinin yaxınlığında – küçənin kənarında həyat yoldaşı Aynurə Bayramova ilə mübahisə edir.  

O, anidən bıçaqla qadına hücum edir və ona zərbələr endirib. Xəstəxanaya çatdırılan A.Bayramovanın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisəni törədən R.Vəliyev saxlanılıb.  

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. R.Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO