“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında layihə səs çoxluğu ilə qəbul olunub.
Sənəddəki dəyişikliklərə əsasən, sazişin adı dəyişir.
Sənəd “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad Qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. İnvestment Group Services, LLC arasında saziş adlandırılır.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:42 / 28.06.2022
Parlament qızıl yataqları ilə bağlı sazişə dəyişiklikləri təsdiqlədi
Hazırda oxunan: Parlament qızıl yataqları ilə bağlı sazişə dəyişiklikləri təsdiqlədi
Hazırda oxunan: Parlament qızıl yataqları ilə bağlı sazişə dəyişiklikləri təsdiqlədi
81311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.