Zərdabda 1 tondan çox çətənə məhv edildi

Zərdabda 1 tondan çox çətənə məhv edildi

Hazırda oxunan: Zərdabda 1 tondan çox çətənə məhv edildi

81298

Zərdab Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində hündürlüyü 120-180 sm., ümumi çəkisi 1 ton 124 kiloqram olan 1655 ədəd yabanı halda bitmiş çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO