Putin Lukaşenkoya nüvə silahı vermək barədə heç nə deməyib - Peskov

Putin Lukaşenkoya nüvə silahı vermək barədə heç nə deməyib - Peskov

Hazırda oxunan: Putin Lukaşenkoya nüvə silahı vermək barədə heç nə deməyib - Peskov

81290

Xəbər verdiyimiz kimi, Almaniyada toplaşan G7 liderləri bildirib ki, Rusiya nüvə başlığı olan raketlərini Belarusa verəcək. Putinin mətbuat katibi Dmitri Peskov mövzuya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, sözçü RİA Novosti-yə açıqlamasında deyib ki, Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə nüvə başlığı olan raketlərin Minskə ötürülməsi barədə danışmayıb.

"Prezident bu barədə söz açmayıb. O, texniki cəhətdən müxtəlif növ silahları daşımağa qadir olan komplekslərin adını çəkib", - Peskov jurnalistlərə bildirib.

Putin və Lukaşenko arasında danışıqlar şənbə günü Sankt-Peterburqda keçirilib. Rusiya prezidenti bəyan edib ki, yaxın aylarda Moskva “İsgəndər-M” raket sistemlərini Minskə təhvil verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO