Nyu-York meri Azərbaycan səfirləri ilə görüşdü - FOTO

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşdü - FOTO

Hazırda oxunan: Nyu-York meri Azərbaycan səfirləri ilə görüşdü - FOTO

81216

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkun meri Erik Adamsla görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ABŞ və Azərbaycan arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək bundan sonra da siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb.

Şəhər meri ABŞ-ın əhalisinə görə ən böyük şəhəri olan Nyu-Yorkda yaşayan Azərbaycan icmasının aktiv fəaliyyətindən danışıb, müxtəlif peşə sahələrində çalışan həmyerlilərimizin şəhərin müxtəlifliyinə və zənginliyinə töhfə verdiklərini deyib.
Report.az-ın məlumatına görə, görüşdə yaxın gələcəkdə təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə reallaşdırılacaq layihələr ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO