Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvadakı danışıqların başlanğıcında bir-birlərini salamlayıblar, lakin əllə görüşməyiblər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "TASS" agentliyi yayıb.
Qeyd olunur ki, Azərbaycan və Ermənistan liderləri iclasdan öncə Putinlə əllə görüşərək qucaqlaşıblar.
Əliyev və Paşinyan 11 yanvar bazar ertəsi səhər Moskvaya gəlib.
Ermənistanda müxalifət Paşinyanın səfərini pozmaq üçün hava limanına gedən yolu bağlamağa çalışıb. Polis etirazçılardan birini saxlasa da, bir saat sonra sərbəst buraxıb.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Qarabağda tərəflər arasında yenidən hərbi əməliyyatlar başlayıb.
Yeni toqquşma hərbçilərin və mülki şəxslərin itkiləri ilə nəticələnib.
Atəşkəs imzalamaq üçün bir neçə dəfə cəhd edildikdən sonra nəhayət Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri 10 noyabrdan etibarən Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Rus sülhməramlıları Qarabağ bölgəsinə göndərilib.
Ermənistan vətəndaşları müqavilənin imzalanmasını təslim olma kimi qəbul ediblər, bununla əlaqədar İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilib.
Razılaşmaya uyğun olaraq Ağdam rayonu 20 noyabrda, Kəlbəcər rayonu 15 noyabrda, Laçın rayonu 1 dekabrda Azərbaycanın nəzarətinə keçib.
Bizim.Media