“Rusiyanın Belarusda nüvə raketi yerləşdirməsinə dair açıqlamasından narahatıq” - G7 ölkələrindən BƏYANAT  

“Rusiyanın Belarusda nüvə raketi yerləşdirməsinə dair açıqlamasından narahatıq” - G7 ölkələrindən BƏYANAT  

Hazırda oxunan: “Rusiyanın Belarusda nüvə raketi yerləşdirməsinə dair açıqlamasından narahatıq” - G7 ölkələrindən BƏYANAT  

81177

"Lazım olduğu müddətcə Ukraynanın yanındayıq. Ukrayna ilə həmrəyliyimizdə qərarlıyıq. Ukrayna hökumətini dəstəkləmək öhdəliyimizi bir daha təsdiqləyirik".

Bizim.Media xəbər verir ki, bu barədə G7 (Böyük Yeddilik) ölkələrinin Almaniyada baş tutan sammitində yayımlanan birgə bəyanatında bildirilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Almaniyada G7 ölkələrinin sammiti başladı: Gündəm Ukraynadır - VİDEO


"Ukraynanın təcili hərbi texnika ehtiyaclarını ödəmək üçün səylərimizi davam etdirəcəyik. Rusiyanın nüvə silahından istifadə ilə bağlı lazımsız çıxışlarını pisləyirik. Lazım olduğu müddətdə məqsədyönlü sanksiyaları koordinasiyalı şəkildə həyata keçirməyə davam edəcəyik” – deyə bəyanatda qeyd edilib.

Həmçinin bildirilib ki, münaqişə nəticəsində qlobal ərzaq təhlükəsizliyinə artan təhdidlərə görə Rusiya böyük məsuliyyət daşıyır:  

“Biz Rusiyanın əsas sənaye, xidmət və texnologiyalara çıxışını əngəlləmək üçün sanksiyaları genişləndirəcəyik. Müharibə cinayətləri cəzasız qalmayacaq. Rusiyanın Belarusda nüvə raketləri yerləşdirə biləcəyi ilə bağlı açıqlamadan ciddi narahatıq”.

Xatırladaq ki, şənbə günü Rusiya prezidenti Vladimir Putin Belarusun nüvə başlıqları daşıya bilən və 500 km-ə qədər uçuş məsafəsinə malik “İsgəndər-M” raket komplekslərini alacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO