Maykl Ceksonun ölümündən dərhal sonra malikanəsi qarət edilib - FOTO  

Maykl Ceksonun ölümündən dərhal sonra malikanəsi qarət edilib - FOTO  

Hazırda oxunan: Maykl Ceksonun ölümündən dərhal sonra malikanəsi qarət edilib - FOTO  

81150

"TMZ" nəşrinin əldə etdiyi məhkəmə sənədlərinə görə, Ceffri Filips mərhum pop kralı Maykl Ceksonun "Beverli Hills"dəki mülkündəki şəxsi əşyaları oğurlamaqda ittiham olunur.

Bizim.Media xəbər verir ki, həmin şəxs Ceksonun bacılarından biri ilə nişanlanıb və Mayklın 2009-cu il iyunun 25-də ölümündən dərhal sonra təxminən bir həftə mülkdə olub.

Bütün ailə dəfn mərasiminə hazırlaşmaqla məşğul olarkən, Filips mərhumun evindən onun müxtəlif şəxsi əşyalarını oğurlayıb - telefonundan, kamerasından, kompüterindən və sərt diskindən tutmuş həb şüşələrinə, şəxsi qeyd və sənədlərə qədər.  
Ceffri Filips hətta Mayklın son saatlarında geyindiyi pijamaları, həkimlərin ifaçının həyatını xilas etməyə çalışdığı endotrakeal borunu da oğurlayıb.  

Faktla bağlı araşdırmaların aparılması istiqamətində işlərin getdiyi bildirilib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO