Adnan Oktara 1075 il həbs cəzası verildi

Adnan Oktara 1075 il həbs cəzası verildi

Hazırda oxunan: Adnan Oktara 1075 il həbs cəzası verildi

8115

Məhkəmə Adnan Oktar və lideri olduğu dini sektanın bir çox üzvü haqqında qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı NTV kanalı yayıb. Məlumatda qeyd olunur ki, İstanbul məhkəməsi 32 maddə üzrə ittiham olunan Oktara 1075 il 3 ay həbs cəzasına məhkum edib.

Qeyd edək ki, təşkilatın lideri Adnan Oktar da daxil olmaqla 78-i həbs olunan, 236 şübhəli mühakimə olunan mütəşəkkil cinayət təşkilatına qarşı məhkəmə işinin qərarını açıqlayıb.

Xatırladaq ki, Oktar 2018-ci ilin iyul ayında həbs edilib.

O, cinayət təşkilatı qurmaq, uşaqlara cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqələr, adam qaçırmaq, təcavüz, şantaj, insanları qanunsuz həbs etmək, hərbi, siyasi casusluq, dini inanclardan istifadə edərək fırıldaqçılıq və insanların hissləri, məxfiliyin pozulması, sənədlərin saxtalaşdırılması, həmçinin digər cinayətlər üzrə günahlandırılırdı.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO