Ermənilərin qorxulu yuxusuna çevrilən kəşfiyyatçı şəhidə orden verildi

Ermənilərin qorxulu yuxusuna çevrilən kəşfiyyatçı şəhidə orden verildi

Hazırda oxunan: Ermənilərin qorxulu yuxusuna çevrilən kəşfiyyatçı şəhidə orden verildi

81032

Ötən gün Silahlı Qüvvələr günü münasibətilə  Azərbaycan  Prezidenti İlham Əliyevin təltif etdiyi hərbi qulluqçilar arasında Vətən Müharibəsində ermənilərin qorxulu yuxusuna çevrilmiş qubalı şəhid Ruslan Azər oğlu Bayramov da var.

Şəhid Ruslan Bayramovun atası, Qubanın Əlibəyqışlaq kənd sakini Azər Bayramov təəssüratını Bizim.Media ilə bölüşüb.

Şəhid atası deyir ki, “Ruslanın "3-cü dərəcəli Vətənə Xidmətə görə" ordeni ilə təltif edilməsini oğlumun dostu, qazaxlı şəhid atasından eşitdim. Sonra Quba RİH-nin şöbə müdiri Asəf Şirunov bizə məlumat verdi”.

Azər Bayramov oğlunun və cəmi şəhidlərin Silahlı Qüvvələr günündə adını anıb qiymətləndirən Azərbaycanın dəmir yumruqlu Ali Baş Komandanı İlham Əliyevə öz dərin təşəkkürünü bildirib.

Şəhid atası kimi Quba RİH rəhbərliyinə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razılıq edən Azər Bayramov indi ailələrində Ruslanın üzünü  görmədiyi 2 yaşlı qızı Arzunun böyüdüyünü deyib.

Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı, şəhid Ruslan Bayramov Vətən Müharibəsi başlayanda qulluq etdiyi hərbi hissədən -Naxçıvandan birbaşa cəbhəyə gəlib.

H.Əliyev adına Bakı Ali Hərbi Məktəbinin məzunu olan Ruslan Hadrut və Xocavəndin alınmasında, Şuşa döyüşlərində qəhrəmanlıqla döyüşüb.

Vətən Müharibəsində, oktyabrın 24-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Döyüşçü yoldaşları sonradan ailə üzvlərinə danışıb ki, Ruslan döyüşlərdə ermənilərin 63 texnikasını,100-ə yaxın canlı qüvvəsini məhv edib.

Onun bu qəhrəmanlığı, düşməndən qətiyyən qorxmaması ermənilərin qorxulu yuxusuna çevrilmişdi. Məhz Ruslan kimi oğulların Vətən sevgisi, daima irəli atılması və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli siyasəti, Ordumuzun şücaəti  sayəsində  əzəldən bizim olan Qarabağ yenidən bizə qayıtdı.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO