Şuşaya hər gün getmək mümkün olacaq – BU TARİXDƏN 

Şuşaya hər gün getmək mümkün olacaq – BU TARİXDƏN 

Hazırda oxunan: Şuşaya hər gün getmək mümkün olacaq – BU TARİXDƏN 

80962

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təhlillər nəticəsində Bakı–Şuşa–Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı–Şuşa–Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər. 

Qeyd edək ki, iyunun 27-də, saat 15:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayına olan biletlər satışa çıxarılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO