Siyavuş Novruzov: “Bir adam mənə gəlsin qarantiya versin ki..” - VİDEO

Siyavuş Novruzov: “Bir adam mənə gəlsin qarantiya versin ki..” - VİDEO

Hazırda oxunan: Siyavuş Novruzov: “Bir adam mənə gəlsin qarantiya versin ki..” - VİDEO

8091

“Ötən il noyabrın 10-da protokol imzalandı. Xatırlayırsınızsa, cənab Prezident müharibənin birinci və sonuncu günündə də dedi ki, Ermənistanın dövlət başçısı mənə qrafik versin, gün təyin etsin, mən ordumu dayandırıram. Bu proseslər axıra kimi davam etdi və Azərbaycanın bütün tələbləri həyata keçdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov “Space” televiziyasının “Sadə həqiqətlər” proqramında səsləndirib. 

“O cümlədən ermənilər əllərini qaldırdılar, təslim oldular. 3 böyük rayonumuzu bir güllə belə atılmadan geri verdilər, çıxıb getdilər.

Çünki orda elə bir vəziyyətdə idilər ki, ölə bilərdilər. Nə olsun ermənidir, onlar da kiminsə övladıdır. Bomba atıb hamısını məhv edə bilərdik, amma yenə cənab Prezidentin humanistliyi buna yol vermədi. 

Başlayıblar, indi protokolu fırlatmağa. Protokolda bu cümlə düz yazılmayıb. Müharibənin ortasında protokol imzalandı.

Bu qədər ədalətsizlik olmaz. Heç tarixdə də belə hal olmayıb. Bax oğlun, qohum-qardaşın, özün gedib döyüşərdin.

Niyə gedib döyüşmədin. İkinci bir tərəfdən, bir adam mənə gəlsin qarantiya versin ki, İngiltərədən, Almaniyadan, NATO-dan gələn sülhməramlılar belə etməzlər. Bilirsiniz, nağıl danışırlar”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO