"Əgər Vətən sevgisi yoxdursa..." – FOTO  

Hazırda oxunan: "Əgər Vətən sevgisi yoxdursa..." – FOTO  

80848

Silahlı Qüvvələr günü münasibətilə Qubada təntənəli mərasim keçirilib. 

Quba şəhərinin 28 May parkında keçirilən bayram tədbirində Azərbaycan Milli Ordusunun keçdiyi 104 illik çətin, şanlı tarixə geniş nəzər salınıb. 

Bu barədə geniş məruzə edən Quba İH başçısı Ziyəddin Əliyev Vətən Müharibəsində qazanılan tarixi qələbənin qazanılmasında mühüm amil olan gənclərimizin Vətən sevgisindən danışıb. 1-ci Qarabağ müharibəsində səriştəsiz ordunun qurbanları olan şəhidlərin xatirəsini də hörmətlə anan Z.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük Vətən Müharibəsi şəhidlərinin vətən sevgisi barədə dediyi sözlərdən sitat gətirib:  

"Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə təsir edib. Ancaq bayrağı sancan, onu ucaldan, sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgəri - zabiti idi. Biz bu qələbəni qəhrəman hərbçilərimizə, şəhudlərimizə borcluyuq.

İstənilən texnikan, maddi imkanın ola bilər, əgər vətən sevgisi, milli ruh yoxdursa, vətən uğrunda ölməyə hazır deyilsənsə, heç vaxt qələbə qazana bilməzsən".  

Z.Əliyev vətən uğrunda ölməyə gözünü belə qırpmadan hazır olan və torpaqlarımızı azad edən şəhidlərimizin ruhunu bir daha ehtiramla yad edərək, Azərbaycan xalqının onları heç vaxt unutmayacağını deyib.  

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarova oğlu ilə həmişə fəxr etdiyini söyləyərək, dövlətin şəhid ailələrinə və qazilərə qayğısından razılıq edib.  
Tədbirdə Azərbaycan Prezidentinin təltif etdiyi döyüş medalları şəhidlərin valideynlərinə və qazilərə təqdim edilib. Silahlı Qüvvələr günü Qubada konsert proqramı ilə davam edib.

Qeyd edək ki, bayram şənliyində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri və keçmiş döyüşçülər iştirak edib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO