Lavrov:

Lavrov: "Ermənistan sülh müqaviləsi ilə bağlı danışıqlara hazırdır"

Hazırda oxunan: Lavrov: "Ermənistan sülh müqaviləsi ilə bağlı danışıqlara hazırdır"

80709

"Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyevlə Lavrovun görüşü başladı - YENİLƏNİB/FOTO


"Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq.

Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də “Xəzər beşliyi” – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabadda “Xəzər beşliyi”nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik", - S.Lavrov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO