Bakı-Quba yolunda minik və yük avtomobili toqquşdu - YARALILAR VAR / FOTO

Bakı-Quba yolunda minik və yük avtomobili toqquşdu - YARALILAR VAR / FOTO

Hazırda oxunan: Bakı-Quba yolunda minik və yük avtomobili toqquşdu - YARALILAR VAR / FOTO

80686

Bakı-Quba yolunun 77-ci km-də, Xızı rayonundan keçən hissəsində 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Siyəzən rayonunun Zarat kənd sakini, 43 yaşlı Ramin Əjdər oğlu Hüseynovun idarə etdiyi "VAZ 2104" markalı avtomobil Ucar rayon sakini, 39 yaşlı Sadiq Fikrət oğlu Əllyevin idarə etiyi yük maşını ilə toqquşub.

Nəticədə "VAZ -2104"-ün sürücüsü Ramin Hüseynov, sərnişinləri - Siyəzənin Qələşıxı kənd sakini, 69 yaşlı Firudin Saməddin oğlu Abbasov, Zarat kənd sakini, 38 yaşlı Əli Həsənbala oğlu Eldarov müxtəlif xəsarətlərlə Siyəzən Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.

Qeyd edək ki, qəza baş verən yolda təmir-bərpa işləri aparılırılır. Bu, son bir həftədə həmin ərazidə baş vermiş üçüncü yol qəzasıdır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO