Pelosi: “Tramp Putinin kənizidir”

Pelosi: “Tramp Putinin kənizidir”

Hazırda oxunan: Pelosi: “Tramp Putinin kənizidir”

8068

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, prezident Donald Tramp təhlükəli adamdır və “Putinin kənizi”dir.

Bizim.Media xəbər verir ki, N. Pelosi bu sözləri CBS telekanalının “60 dəqiqə” proqramında deyib.

Söhbətinin sonuna yaxın o, "Rus hakerləri" ilə bağlı sualı cavablandırarkən Trampın xarakteristikanı verib. 

Aparıcı dekabrdakı kiberhücumlarda Rusiya Federasiyasının günahını şübhə altına almayıb və Pelosini "Rusiya hakerləri haqqında" danışmağa dəvət edib.

“Rusların şəxsən siyasi və ya maddi cəhətdən Prezident Trampla bağlılığının nə olduğunu bilmirəm. Sadəcə ABŞ prezidentinin Putinin niyə bu dərəcədə “kənizi” olduğu haqda bir izahım yoxdur”,- deyə spiker cavab verib.

O, Trampın kiberhücum və Rusiyanın “günahı” barədə bir şey söyləmədiyindən kədərlənib. Aparıcı onu düzəldib: "Dedi ki, bəlkə Çin edib".

Pelosi Trampın təhlükəli və "çılğın" bir şəxs olduğunu, prokurorluq tərəfindən ən qısa müddətdə cinayət məsuliiyyətinə cəlb ediləcəyini söyləyib.

“Təəssüf ki, hakimiyyətdə olan bir şəxs kimi o, ABŞ-ın dəli, balanssız, təhlükəli bir prezidentidir. Ondan özümüzü müdafiə etməyimiz üçün bir neçə gün vaxt lazımdır. Ancaq elə bir addım atdı ki, ona qarşı cinayət işi açılmalıdır” deyib.

NEWS.ru saytının verdiyi məlumata görə, ötəl il dekabrın 10-da ABŞ Nümayəndələr Palatasının sədri və Donald Trampın qatı siyasi rəqibi Nensi Pelosi vitse-prezident Mike Pensdən dövlət başçısını vəzifəsindən uzaqlaşdırmasını xahiş edəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO