Gəncədə gənc qadını keçmiş əri öldürüb - YENİLƏNİB

Gəncədə gənc qadını keçmiş əri öldürüb - YENİLƏNİB

Hazırda oxunan: Gəncədə gənc qadını keçmiş əri öldürüb - YENİLƏNİB

80670

Gəncədə qətl hadisəsi ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov rəsmi açıqlama verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, iyun ayının 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub. 

Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A.Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

16.57***

Gəncə şəhərində qadın boğazından bıçaqlanaraq qətlə yetirilib.

Bizim.Media-nın yerli bürosunun Daxili işlər nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova istinadən verdyi məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Küçədə gənc qadın hələlik naməlum olan şəxs tərəfindən boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. O, dərhal xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qadının şəxsiyyəti və hadisənin təfərrüatı hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO