Yay həm də səyahətlər mövsümüdür. Ona görə də səyahətsevər soydaşlarımıza çoxlarımız üçün əlçatmaz və cazibədar görünən Avstraliya haqqında məlumat vermək istəyirik. Bu unikal materikdə yalnız bir dövlət var. Avstraliya planetin ən qədim, ən düz və ən quru materikidir.
Qitənin müxtəlif yerlərində subtropik, tropik ərazilər və quru səhralar var. Ölkədəki bakirə meşələr və sahilləri yuyan dənizlər bir dəfə gələnə yenə “gəl-gəl” deyir. Zəngin flora və faunaya sahib materik əsl təbiət möcüzəsidir.
Heyvanlar vətəni
Avstraliyada çoxlu sayda heyvanlar var. Bu diyar özünün daha çox kenquruları ilə məşhurdur. Amma Avstraliya həm də ilanların vətənidir. Burada ilanların 30-dan artıq növü var.
İlanlar həm quruda, həm də dənizdə yaşayır. Ona görə də bu qədim qitəyə səyahət edərkən ən gözlənilməz yerlərdə zəhərli ilanlara rastlaşmaq olur. İlanlar rahatlıqla mağazalara və restoranlara və hətta mənzillərə girə bilirlər.
Təyyarədə belə asanlıqla ilanla rastlaşa bilərsiniz. Və Avstraliya səfərindən qayıtdıqdan sonra əşyalarınız arasında hətta zəhərli ilan tapa bilərsiniz.
İlanı öldürmək və hətta qovmaq olmaz
Avstraliyada hər il 3 minə yaxın insanı ilan sancır. Onların çoxunun həyatını xilas etmək mümkün olmur. Di gəl ki, bu qədim qitədə ilanı nəinki, öldürmək, hətta qovmaq olmaz. Bunu edənlər məsuliyyətə cəlb olunurlar.
Məsələn, sən axşam yataq otağına girərkən hansısa zəhərli ilanı görsən ona qətiyyən toxuna bilməzsən. Belə vəziyyətdə polisə və yaxud yerli qurumlara müraciət etmək məcburiyyətindəsən. Əgər ilana xəsarət yetirsən və yaxud öldürsən onda cinayət məsuliyyətinə cəlb oluna bilərsən.
Ona görə də bu ölkədə istənilən vaxt istənilən yerdə “arzuolunmaz qonaq”la rastlaşmaq olur. Çünki, ilan bu yerlərdə toxunulmaz sayılır.
İlanla yatan gözəl
Bu yaxınlarda ölkənin əyalətlərinin birində qəribə bir hadisə baş verib. Axşam evə gələn Ketrin adlı xanım mənzilində nəhəng piton görüb. Lakin heç bir təhlükə hiss etməyib. Əksinə nəhəng ilanla dostluq edib. Onu yedizdirib, qayğısına qalıb.
Bir müddət keçəndən sonra qadın ilanın sürətlə arıqladığını müşahidə edib. Narahatçılığına aydınlıq gətirmək üçün xanım evinə veterinar həkim çağırıb.
Mənzərə ilə tanış olan həkimsə xanımı əməlli-başlı qorxudub. Sən demə piton ev sahibəsini udmağa hazırlaşırmış. Ona görə də arıqlayırmış. Vəziyyətin ciddiliyini nəzərə alan yerli qurumlar pitonu xanımın evindən çıxartmalı olublar.
Bir sözlə Avstraliya gözəldir, əsrarəngizdir. Amma sürprizlərlə doludur. Ona görə də Avstraliyaya səyahət edərkən ilanlarla “sürpriz” görüşlərə hazır olun.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:28 / 23.06.2022
Bu ölkəyə səfər etsəniz, evə dönəndə əşyalarınızın arasından ilan çıxa bilər – ŞOK FAKTLAR
Hazırda oxunan: Bu ölkəyə səfər etsəniz, evə dönəndə əşyalarınızın arasından ilan çıxa bilər – ŞOK FAKTLAR
Hazırda oxunan: Bu ölkəyə səfər etsəniz, evə dönəndə əşyalarınızın arasından ilan çıxa bilər – ŞOK FAKTLAR
80652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.