ABŞ-ın Ermənistandakı səfiri bu diplomat olacaq – Bayden açıqladı

ABŞ-ın Ermənistandakı səfiri bu diplomat olacaq – Bayden açıqladı

Hazırda oxunan: ABŞ-ın Ermənistandakı səfiri bu diplomat olacaq – Bayden açıqladı

80564

ABŞ prezidenti Co Bayden dünən ABŞ-ın Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kvini Ermənistana səfir təyin etmək niyyətində olduğunu açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

“Nazir müşaviri rütbəsi olan Diplomatik Xidmətin əməkdaşı Kristina Kvin ABŞ-ın Kiyevdəki səfirliyində missiya rəhbərinin müavinidir.

Əvvəllər o, 2020-2022-ci illərdə müvəqqəti işlər vəkili olub. Bundan əvvəl Kvin ABŞ-ın Fransadakı səfirliyinin İqtisadiyyat müşaviri və ABŞ-ın Taylanddakı səfirliyinin İqtisadiyyat müşaviri vəzifələrində çalışıb.
Həm Parisdə, həm də Banqkokda diplomatik missiya rəhbərinin müavini vəzifəsində işləyib. Kvin, həm də ABŞ-ın Böyük Britaniyadakı səfirliyində iqtisadi müşavir vəzifəsini daşıyıb”, sənəddə bildirilir.

Kaliforniyada anadan olan Kristina Kvin Qərb Kollecində bakalavr və ABŞ Ordusu Hərbi Kollecində magistr dərəcəsi qazanıb. O, Dövlət Departamentinin çoxsaylı mükafatlarının laureatıdır, rus və fransız dillərini mükəmməl bilir.

Xatırladaq ki, aprelin əvvəlində ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Bakıda olub və Amerika diplomatik missiyalarının rəhbərlərinin regional konfransında iştirak edib.

Bu səfər Ermənistanda birmənalı qarşılanmayıb. İrəvanda keçirilən etiraz aksiyaları zamanı müxalif “Müqavimət” Hərəkatı Treysini ABŞ səfiri vəzifəsindən istefa verməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO