Dünya Bankının yeni “Əlverişli biznes mühiti” layihəsi təqdim edildi

Dünya Bankının yeni “Əlverişli biznes mühiti” layihəsi təqdim edildi

Hazırda oxunan: Dünya Bankının yeni “Əlverişli biznes mühiti” layihəsi təqdim edildi

80511

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” İşçi qrupunun iclasında Dünya Bankının yeni “Əlverişli biznes mühiti” layihəsi təqdim edilib.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbir iştirakçıları layihənin “Vergilərin ödənilməsi” indikatoru üzrə diaqnostika matrisinin tərtib olunmasını və bu məqsədlə ayrıca diaqnostika qrupunun yaradılmasını müzakirə ediblər.

İclasda sözügedən layihənin mahiyyəti, qarşıda duran vəzifələr diqqət mərkəzində olub və bununla bağlı İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planı barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə vergi və hesabatlılıq sahələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən alətlərin genişləndirilməsi vacibliyi qeyd olunub.
İşçi qrupun rəhbəri Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev maraqlı tərəflərdən layihə üzrə daxil olan təkliflərin qeydə alınmasını, vergi hesabatlılığı sahəsində təkmilləşdirmələrin davam etdiriləcəyini vurğulayıb. Komissiya çərçivəsində sözügedən məsələlərlə bağlı ictimaiyyət və özəl sektorla əməkdaşlığın önəmi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO