"Ukrayna Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsini tələb edib" - Baş nazir

Hazırda oxunan: "Ukrayna Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsini tələb edib" - Baş nazir

80507

Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamia şəxsən Avropa və ABŞ-a səfər edərək Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməməsini tələb edib.  

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib. 

“Ukrayna hakimiyyətinin nümayəndəsi cənab Araxamia praktiki olaraq Avropaya ultimatum verdi ki, Gürcüstan namizəd statusu alsa, onlar çox “üzüləcəklər”, - deyə Qaribaşvili qeyd edib. 

Xatırladaq ki, Avropa Komissiyası iyunun 17-də bir sıra ölkələr üzrə Aİ-yə namizədlərin statusu ilə bağlı qərar qəbul edib.

O, Ukrayna və Moldovaya müvafiq status tövsiyə etməyə razılaşıb. Lakin 10 ildən artıqdır ki, inteqrasiya iddiasında olan Gürcüstan buna nail ola bilmir. Qaribaşvili bu qərarı ədalətsiz adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO