Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapdı - VİDEO

Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapdı - VİDEO

Hazırda oxunan: Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapdı - VİDEO

80489

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sosial şəbəkə hesabında dostların illər sonra görüşdüyü anın əks olduğunu görüntüləri paylaşıb.

Bizim.Media xəbər verir ki, dostlar 35 ildən sonra yenidən görüşüblər.

“Bu videoda gördüyünüz Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov və Özbəkistanın Xarəzm vilayətindən olan Uluqbek Matniyozovdur.

Qardaşlar kimi bir-birlərini qucaqladılar, yaşadıqlarını, xidmət xatirələrini, həyatlarını, işlərini xatırladılar. Çox səmimi, gözyaşardıcı görüş oldu. Bu hadisə bu gün Xivədə, Özbəkistan və Azərbaycan prezidentlərinin şəhərə səfəri zamanı baş verib.
Bu görüş özbək və Azərbaycan xalqları arasında dostluğun dərin köklərinə, talelərimizin necə bir-birinə bağlı olduğuna daha bir nümunədir. Sevinirik ki, azərbaycanlı həmkarımın özbək dostu ilə görüşmək arzusunu həyata keçirə bildik və onun ad günündə bu görüşü təşkil edə bildik. Dostluğumuz əbədidir”, - deyə S.Abbasov yazıb.

Həmin görüntüləri təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO