Aktyor tamaşanın premyerasına niyə gəlməyib? - “Azdrama” xalq artistinin ittihamlarına CAVAB VERDİ 

Aktyor tamaşanın premyerasına niyə gəlməyib? - “Azdrama” xalq artistinin ittihamlarına CAVAB VERDİ 

Hazırda oxunan: Aktyor tamaşanın premyerasına niyə gəlməyib? - “Azdrama” xalq artistinin ittihamlarına CAVAB VERDİ 

80474

“Xalq artisti Əli Nurun Akademik Milli Dram Teatrının səhnəsində hazırlanan “Medeya” tamaşasının daxili baxışına-yekun məşqinə buraxılmaması haqqında narazılığını ifadə etdiyi müsahibələri ilə tanış olmuşuq. Ümumi şəkildə onu deyə bilərik ki, Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemətov və truppa müdiri Elnur Məmmədov Əli Nura həmişə hörmətə əsaslanan yüksək münasibət göstərib”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Azdrama"nın iyun repertuarı AÇIQLANDI


Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə teatrın aktyoru Əli Nur teatrla bağlı söylədiyi tənqidi fikirlərin heç bir əsası yoxdur və teatrın rəhbəri Azər Paşa Nemətov rejissoru olduğu tamaşalarda həmişə Əli Nura rol verib.

“Teatr rəhbərliyinin Xalq Artisti Əli Nura göstərdiyi müsbət münasibət hər şeydən əvvəl Azər Paşa Nemətovun rejissoru olduğu tamaşalarda Əli Nura rol verməsi ilə özünü göstərib. Xalq artisti Əli Nur müsahibəsində də, bunu təsdiq edib ki, Azər Paşa Nemətovun bütün tamaşalarında oynayıb. Eyni zamanda müsahibələrində həmişə Azər Paşa Nemətovu peşəkar rejissor kimi dəyərləndirib”. 

Teatrın mətbuat xidmətinin rəhbəri aktyor Əli Nurun “Medeya” tamaşanın premyerasına buraxılmaması ilə bağlı ittihamlarına isə belə cavab verib: 

“Bir az öncə teatrın kiçik səhnəsi olan Abbas Mirzə Şərifzadə səhnəsində “Medeya” tamaşasının daxili baxışı keçirilib. Ora ancaq bədii şuranın üzvləri və tamaşanın yaradıcı heyəti dəvət olunub. Premyera isə iyunun 21-də olub. Teatrın aktyorlarının hamısı premyeraya dəvət olunub. Xalq artisti Əli Nur özü premyerada iştirak etməyib”.

Leyla Şah,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO