"Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Lakin mövcud vakansiyalar dolmur və insanlar işsiz qalır".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Report.az-ın məlumatına görə, sədr bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qisminin əmək bazarında olan tələbləri ödəyə bildiyini söyləyib:
"Bu da təəssüf ki, diplomlu işsizlərin və ya ixtisası üzrə çalışmayan kütlənin formalaşmasına gətirib çıxarır. Əsas səbəblərin biri kimi ali məktəblərin təhsil proqramlarının nəzəri biliklər əsaslı olması və tələbələrini lazımi peşə bacarıqları ilə silahlandırmaması, proqramlar hazırlanarkən beynəlxalq və yerli kvalifikasiyaların tələblərinin nəzərə alınmaması olduğunu söyləyə bilərik".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:12 / 22.06.2022
“Azərbaycanda yetəri qədər boş iş yeri var” – Məleykə Abbaszadə
Hazırda oxunan: “Azərbaycanda yetəri qədər boş iş yeri var” – Məleykə Abbaszadə
Hazırda oxunan: “Azərbaycanda yetəri qədər boş iş yeri var” – Məleykə Abbaszadə
80472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.