“Bir vaxtlar Qafqazda savaş çıxaranlardan haqqımızı geri alırıq” – Zahid Oruc

“Bir vaxtlar Qafqazda savaş çıxaranlardan haqqımızı geri alırıq” – Zahid Oruc

Hazırda oxunan: “Bir vaxtlar Qafqazda savaş çıxaranlardan haqqımızı geri alırıq” – Zahid Oruc

80469

“Ölkəmizin 68 inzibati bölgəsi ilə müqayisədə son 20 ay ərzində azad torpaqlara edilən 23 səfər Qarabağın quruculuğunun Prezidentin hədəfində 1-ci yerdə olduğunu göstərir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zahid Oruc: ”Erməni Qarabağda dinc yaşamaq istəyirsə...”


Deputat qeyd edib ki, indiki büdcə qərarı təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, eləcə də dünyadakı iqtisadi-siyasi və ərzaq sanksiyalarının gücləndiyi bir dövrdə ölkəmizdə sosial tarazlığı qoruyub saxlamaq və münbit yeni əkin-biçin sahələri yaratmaq məqsədi daşıyır:

“Digər mühüm məqam-fevralın 4-də Cənub Qaz dəhlizi Məşvərət Şurasının iclasında ölkə rəhbəri bəyan etdi ki, əgər Qərblə düzgün enerji dialoqu qurulmasaydı, indi milyard dollarlıq daxilolmalar əldə edilməz, neft və qazdan alınan gəlirlər bərabərləşməzdi. Son bir neçə ayda ölkəmizə qaz ixracı xahişi ilə edilən səfərlərin və müraciətlərin sayı kəskin artıb”.

Millət vəkilinin sözlərinə görə, son bir əsrdə qlobal savaşlar zamanı ilk dəfədir ki, biz ayaqlar altında qalmırıq: 

“Yanlış siyasət hesabına xarici işğallar və istismar yaşamırıq, torpaq, insan və sərvət itkisi vermirik, əksinə siyasi əhəmiyyətimiz artır və bir vaxtlar Qafqazlarda savaş çıxaranlardan o vaxtkı haqqımızı geri alırıq.
 

Bizim hazırki neft-qaz gəlirlərinin artması yalnız buruqların və xarici müharibələrin hesabına deyil, prezidentin diplomatik-siyasi məharətinin faydalarıdır. Ona görə də əldə olunan milyardları yüz il əvvəl Azərbaycandan qoparılan sərvətlərin əvəzi, tarixi ədalətin bərpası adlandırmaq olar. 


Ölkəmiz İran, Rusiya, Gürcüstan, Ermənistandan fərqli olaraq, regionda sanksiyalara və izolyasiyaya məruz qalmayan yeganə ölkədir. Belə şəraitdə Prezidentə çevik, şəffaf və məsuliyyətli hökumət gərəkdir ki, xalqla fasiləsiz işləsin, millətin Qələbəsini qorumaqda daimi birliyi saxlasın, rəhbərin qərarlarını dəqiq və ünvanlı yerinə yetirsin”.

Zahid Oruc əlavə edib ki, büdcə gəlir və xərclərinin artması həm də hökumətin xalqa qıtlıq və ərzaq böhranının baş verməyəcəyinə dair zəmanəti kimi qəbul edilə bilər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO