\

\"Ali məktəblərin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir\" - DİM sədri

Hazırda oxunan: \"Ali məktəblərin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir\" - DİM sədri

80467

Ali təhsil müəssisələrinin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ali təhsil müəssisələri ilə əməkdaşlığa dair keçirilən tədbirdə çıxışı zamanı deyib. 

Apa.az-ın məlumatına görə, o bildirib ki, bu gün əmək bazarında kifayət qədər vakansiya və işaxtaran olsa da, həmin yerlər tutulmur və insanlar işsiz qalır: 

"Bu da ondan irəli gəlir ki, həmin şəxslər tələbləri ödəmirlər və onların bacarıqları əsasən nəzəri biliklər əsasında formalaşır. Biz istəyirik ki, tələbələrimiz lazımi peşə bacarıqlarına da sahib olsunlar. Lakin ali təhsil müəssisələrindəki kurikulumlarımız nə yerli, nə də beynəlxalq kvalifikasiyalara uyğun gəlir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO