Xətainin atası Şeyx Heydərin türbəsində gizli qazıntı: Qızıl axtarırlar - FOTO

Xətainin atası Şeyx Heydərin türbəsində gizli qazıntı: Qızıl axtarırlar - FOTO

Hazırda oxunan: Xətainin atası Şeyx Heydərin türbəsində gizli qazıntı: Qızıl axtarırlar - FOTO

80406

Səfəvilər dövlətinin banisi, böyük sərkərdə və  şair Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Siyəzən rayonu ərazisindəki türbəsində növbəti dəfə gizli qazıntı işləri aparılıb.

Məlumatı Bizim.Media-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov verib.

Onun sözlərinə görə, gecə saatlarında türbənin içərisində qazıntı işləri aparılıb, türbə ziyan çəkib:

“Analoji hadisə bu ilin fevral ayında da baş vermişdi. Bu dəfə qiymətli metal axtaranlar türbənin ətrafında xəlvəti qazıntı işləri aparmışdılar".

Sabit Qurbanov deyir ki, qazıntı işləri aparanlar mədəni irsimizin qiymətli abidələrinə  qənim kəsiliblər. Qızıl axtarmaq məqsədilə əllərində xüsusi metal axtaran aparatla xəlvətcə, gözdən uzaq yerlərdə abidələrimizi yaralayıb aradan çıxırlar.

Xidmətin Şabran regional idarəsinin rəisi  Sabit Qurbanov artıq qurumun Siyəzən polis şöbəsinə rəsmi müraciət etdiyini deyib:

“Hüquq-mühafizə orqanları bu dəstənin üzvlərini aşkar edib yaxalasa, bu fikirdə olan digər insanlar bu yoldan çəkinər. Tarixi keçmişimizin yadigarlarını qızıl axtarmaq adı ilə zədələmək böyük bir cinayətdir, belə hallar yolverilməzdir”.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO