Özbəkistan-Azərbaycan turizm yarmarkası keçiriləcək

Özbəkistan-Azərbaycan turizm yarmarkası keçiriləcək

Hazırda oxunan: Özbəkistan-Azərbaycan turizm yarmarkası keçiriləcək

80336

"Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik".

Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü oldu


"Humanitar məsələlərdə mütəmadi olaraq qarşılıqlı Mədəniyyət və Kino Günləri keçirmək, ali məktəblər, elmi müəssisələr, idman və gənclər təşkilatları arasında mübadilələri və əlaqələri genişləndirmək lazımdır.

İşgüzar və humanitar əlaqələrin möhkəmlənməsi turizm sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.

Azərbaycan Prezidentinin turizm üzrə ayrıca proqram qəbul edilməsinə xüsusi diqqətinə, bu təklifi dəstəkləməsinə görə ona minnətdaram. Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik. Biz çox zəngin mədəni irs abidələrimizin bərpası və qorunub saxlanması sahəsində sıx qarşılıqlı faydalı əməkdaşlığı da inkişaf etdirməyə hazırıq", - S.Mirziyoyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO