Azərbaycanın Birinci Vitse-Prezidentinin köməkçisi, fövqəladə və səlahiyyətli səfir Elçin Əmirbəyov Yaponiyanın milli təhlükəsizlik üzrə müşaviri, eləcə də Baş nazir Fumio Kişidanın xarici işlər və təhlükəsizlik məsələləri üzrə müşaviri Takeo Akiba ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin "Twitter" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və sülhün bərqərar olunması üçün Yaponiyanın mümkün töhfələri müzakirə edilib.
Bizim.Media
Assistant to the First Vice-President of??Ambassador Elchin Amirbayov had a meeting with Mr. Takeo Akiba, Director-General of the National Security Secretariat of?? and discussed the post-conflict situation and peacebuilding in the South Caucasus and possible contribution by ?? pic.twitter.com/OJzmLo2Km4
— Az Embassy in Japan (@AzEmbJapan) June 21, 2022