Milyonlarla borcu olan Ember endirimli mağazalarda görüntüləndi - VİDEO 

Milyonlarla borcu olan Ember endirimli mağazalarda görüntüləndi - VİDEO 

Hazırda oxunan: Milyonlarla borcu olan Ember endirimli mağazalarda görüntüləndi - VİDEO 

80319

Keçmiş əri Hollivud ulduzu Conni Deppə məhkəmədə uduzan aktrisa Ember Herd Nyu-Yorkdakı endirim aksiyası keçirilən mağazalardan birində görüntülənib.  

Bizim.Media xəbər verir ki, aktrisanın alış-veriş zamanı yanında bacısı Uitni Henrikes də olub.

Ember Conni ilə məhkəməsindən sonra sərt reallıqla üzləşib.  

Belə ki, onun milyonlarla dollar borcu var, ona görə də aktrisanın endirimdə olan məhsullar axtarışında olması heç də təəccüblü deyil.  

Qeyd edək ki, məhkəmənin nəticələrinə görə, Herd şəxsən Deppə 8,3 milyon dollar ödəməlidir. Ümumilikdə, Emberin 15 milyon dollar borcu var.  

Lakin Emberin vəkilləri artıq rəsmi şəkildə bildiriblər ki, o, borcunu ödəyə bilməz.  

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO