Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində qərar elan edilib. Əjdər Olun cəzası 3 aya qədər azaldılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Əjdər Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini rüşvət qismində istəyərək alıb.
Qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:57 / 21.06.2022
Nazirliyin sabiq aparat rəhbərinin cəzası azaldıldı
Hazırda oxunan: Nazirliyin sabiq aparat rəhbərinin cəzası azaldıldı
Hazırda oxunan: Nazirliyin sabiq aparat rəhbərinin cəzası azaldıldı
80298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.