Özbəkistan prezidenti Səməd Vurğunun şeirini oxudu: “Ayrılarmı könül candan...” - VİDEO

Özbəkistan prezidenti Səməd Vurğunun şeirini oxudu: “Ayrılarmı könül candan...” - VİDEO

Hazırda oxunan: Özbəkistan prezidenti Səməd Vurğunun şeirini oxudu: “Ayrılarmı könül candan...” - VİDEO

80290

“Xalqlarımız çətin, bəzən faciəli dövrlər yaşamalı olub. Bununla belə, həm özbək, həm də Azərbaycan xalqları öz mənəvi dəyərlərini, milli qürur və mənliyini qoruyub saxlayıb, öz gələcəklərini özlərinin qurması hüququnu saxlayıblar. Çoxdan gözlənilən azadlığa doğru keçdiyimiz keşməkeşli yolu qiymətləndirərək inamla demək olar ki, xalqlarımızın müstəqilliyi və suverenliyi bizə baha başa gəlib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Şavkat Mirziyoyev Heydər Əliyevi müstəqil Azərbaycanın memarı adlandırdı


“Azadlığın qiyməti həmişə nəsillərin taleyi, həyatı, onların inamı və vicdanı olub. Əldə edilmiş milli müstəqilliyi bu gün də layiqincə qiymətləndirmək, onu hərtərəfli möhkəmləndirmək və sonrakı nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur. Bu gün biz tarixin dərslərini nəzərə almaqla Heydər Əlirza oğlu Əliyevin nadir şəxsiyyətinə bir daha dərin ehtiramımızı bildiririk.

Bir an və əbədiyyət öz aralarında ayrılmaz şəkildə bağlı olduğu kimi, Heydər Əliyevi də Azərbaycan xalqının tarixindən və onun həyatından ayırmaq olmaz.

Heydər Əliyev böyük Səməd Vurğunun ölməz misralarını tez-tez təkrarlayardı:

“Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”. Buna görə də Heydər Əliyevin adı və obrazı bütün dünyada Azərbaycan xalqına xas olan bütün xeyirxah və nəcib keyfiyyətlərin rəmzi kimi qəbul edilir”, deyə o vurğulayıb.
Xatırladaq ki, Heydər Əliyev Meydanının açılışında Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO