Kəlbəcər və Laçına KÖÇ – FOTO

Kəlbəcər və Laçına KÖÇ – FOTO

Hazırda oxunan: Kəlbəcər və Laçına KÖÇ – FOTO

80280

Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir 

İşğaldan azad olunmuş ərazilərə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur.

Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı var.

İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. 30-dan çox rayonun təsərrüfatları mövsüm ərzində Kəlbəcərin Sarıyer, Söyüdlü, Qoşdaş yaylaqlarına köç edib.
Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq ikinci ildir ki, qoyunçuluq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü təşkil olunur.  

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları  Kəlbəcər və Laçın yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirir. Monitorinqlərin keçirilməsində məqsəd yaylaqlardakı sürülərin ümumi vəziyyətinə baxış keçirmək və müalicəyə ehtiyacı olan heyvanlara yerində baytarlıq yardımı göstərməkdir.

Baytar həkimlər qrupunun iştirakı ilə ilk monitorinq Kəlbəcər rayonunun Sarıyer yaylağında keçirilib.

Azad olunmuş ərazilərə köçlə əlaqədar təsdiqlənmiş reqlamentə əsasən, yaylaqlara gedəcək sürülərdə heyvan xəstəliklərinin profilaktikası ilə əlaqədar müvafiq preventiv tədbirlər həyata keçirilib.
Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləndikdən sonra heyvanların köçünə icazə verilib.

Ötən il pilot layihə çərçivəsində ilk dəfə Kəlbəcərə yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvanın köçürülməsi təmin edilmişdi.

Bu il isə yaylaqlara 300 mindən çox heyvan aparılıb. 2022-ci ildə azad olunmuş bütün ərazilərdən olan rayonların fermerlərinə öz qoyunçuluq təsərrüfaltarını Kəlbəcər və Laçın yaylaqlarına aparmağa icazə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO